26 
Sen
2021
11:06
828

Gürcüstanda koronavirusla bağlı son vəziyyət

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 1 132 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb. 

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 606 492 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 2 956 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 576 498 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 30 nəfər ölüb və ölənlərin ümumi sayı 817 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın