25 
Sen
2021
14:07
602

Çaqeri bələdiyyəsi merliyinə namizədin avtomobilinə atəş açılıb

"Gürcüstan naminə" partiyasından Çaqeri bələdiyyəsi merliyə namizəd Besarion Bendeliani-nin avtomobilinə atəş açılıb.  

InterPress.ge xəbər verir ki, "Netqazeti" bununla bağlı məlumat yayır. 

Məlumata görə, hadisə yerinə polis çağırılıb.

Bendeliani, avtomobilə səhər atəş açıldığını qeyd edib. O, güllənin səssiz silahdan atıldığı iddia edib, çünki yerli sakinlər atəş səsi eşitməyiblər.

"Əlaqələndirdiyim yeganə şey bir neçə gündən sonra nəhayət bu zərərli "Gürcü Arzusu"na hökm verəcək seçkilərdir. Rayonda kifayət qədər möhkəm mövqelərim var. Əhalinin 70-80% -nin mənə qarşı müsbət münasibəti var. "Oçneba"ya isə mənfi münasibət bəsləyirlər. 

Konkret kimsə haqqında danışa bilmərəm. Bir şey dəqiqdir, qorxurlar. Çox güman ki, bu, ya məni qorxutmaq, ya da seçki kampaniyasına son qoymağım məqsədi ilə planlaşdırılmış xüsusi bir əməliyyatdır ki, bunu da istisna edirəm", - Netqazeti isə müsahibəsində mer namizədi bildirib.

Bizimlə əlaqə saxlayın