Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Rusiyanın Qarabağdakı sülhməramlı hərbçilərinin komandanı dəyişib

330
Rusiyanın Qarabağdakı sülhməramlı hərbçilərinin komandanı dəyişib
Dinləmək üçün basın

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı hərbçilərinin komandanı dəyişib.

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı hərbçilərinin komandanı dəyişib.

InterPress.ge “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, general-leytenant Gennadi Anaşkin Rusiya sülhməramlılarının yeni komandanı təyin olunub. O, bu postda general-mayor Mixail Kosobokovu əvəzləyib.

Qeyd edək ki, Gennadi Vladimiroviç Anaşkin 1968-ci ildə Samarada (keçmiş Kuybışev) anadan olub. 1987-ci ildə hərbi xidmətə çağırılıb. Ryazan Ali Hava Desant komanda məktəbini bitirib. 1999-2000-ci illərdə keçmiş Yuqoslaviyada, Bosniya və Hersoqovina Respublikasında Rusiyanın desant tağımına komandanlıq edib.

Birinci və İkinci çeçen müharibəsində ezamiyyətdə olub. G.Anaşkinin komandanlıq etdiyi qrup 2008-ci ildə Gürcüstanın Cənubi Osetiya bölgəsində döyüşlərdə iştirak edib. 2008-ci ildə onun başçılıq etdiyi Hava Desant Qoşunu Rusiyada ən yaxşı polk elan edilib. 2017-ci ilin iyulundan Cənub Hərbi Dairəsində 8-ci Ümumqoşun qvardiyası komandanının müavini təyin edilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →