Facebook Vahid Milli Hərəkat partiyasın aid qruplar və səhifələr silib
"Facebook" administrasiyası "Vahid Milli Hərəkat" partiyası ilə əlaqədar şəxsiyyətlərlə bağlı səhifə və qrupları silib.
InterPress.ge 1tv-yə istinadən xəbər verir ki, bu barədə sosial şəbəkə idarəçiliyinin aprel fəaliyyəti ilə bağlı hesabatında deyilir.
"Facebook"un hesabatında da qeyd olunduğu üzrə, ümumi cəmdə Vahid Milli Hərəkat-la əlaqədar şəxsiyyətlərlə bağlı 23 hesab, 80 səhifə və 41 qrup silinib. Sosial şəbəkə idarəçiliyi Gürcüstanla bağlı həmçinin yazır ki, şirkət "Espersona" media şirkəti ilə əlaqədar 511 səhifəni, 101 feysbuk hesabı, 122 qrupu və 56 instagram hesabını silib. Facebook yazır ki, bu təşkilat sosial şəbəkə platformalarında qadağan olunub.
Facebook-un araşdırmalarının əsasını Gürcüstanda baş verən faktları yoxlayan təşkilatların hesabatları təşkil edib.


