24 
Sen
2021
21:52
806

Rustavi-Tbilisi yolunda baş verən qəzada bir nəfər öldü

Rustavi-Tbilisi magistral yolunda baş verən avtomobil qəzası insan tələfatı ilə nəticələnib.

InterPress.ge xəbər verir ki, avtomobilin sürücüsü sükanı çevirə bilməyib, yoldan çıxaraq yanacaqdoldurma məntəqəsinin pankartına çırpılıb.

Qəza zamanı avtomobildə 20 yaşlarında iki oğlan olub.

Onlardan biri hadisə yerində ölüb, digəri yaralanıb və təcili yardım briqadası onu "Rustavi" klinikasına aparıb.

Tibb müəssisəsinin neyrocərrahı Davit Qelaşvilinin verdiyi məlumata görə, yaralının səhhəti ağırdır və reanimasiya şöbəsinə yerləşdirilib.

Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırmalara başlayıb.

Bizimlə əlaqə saxlayın