24 
Sen
2021
15:54
485

Bu günə qədər peyvənd olunan neçə nəfərin pul qazandığı açıqlandı

"Peyvənd olun və qazan" lotereyası çərçivəsində 260.400 lari oynanıb, 1.777 nəfər qazanıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Lotereya Şirkəti məlumat yayıb.

Şirkətdən verilən məlumata görə, uduşlar bütün Gürcüstan ərazisində - Tbilisi, Bolnisi, Kutaisi, Batumi, Zuqdidi, Kaspi, Marneulidə qeyd alınır.

"Peyvənd olun və qazan" lotereyası gündəlik olaraq həyata keçirilir və 100-500 larilik uduşlar oynanır. Həmçinin həftəlik lotereyalar da həyata keçirilir və burada 1000, 1500, 5000 və 10 000 qazanılır. Bütün aşılanmış Gürcüstan vətəndaşları lotereyada iştirak edirlər. Vaksinin ilk dozasını vurdurmuş vətəndaşa avtomatik olaraq lotereyada iştirak edə biləcəyi unikal NCDC kodu təyin edilir.

1000 GEL -ə qədər olan məbləğ Gürcüstanın bütün böyük ticarət mərkəzlərində yerləşən Gürcüstan Milli Lotereyasının xidmət mərkəzlərindən götürülə bilər və 1500 - 100.000 GEL qazandıqda, pul şəxsi bank hesabına köçürüləcək", - şirkətdən bildiriblər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər