InterPress.ge xəbər verir ki, magistral yolun Tbilisi hissəsində "Mercedes" markalı avtomobillə "Ford" markalı mikroavtobus toqquşub.
Toqquşma nəticəsində mikroavtobus sürüşüb və yoldan çıxaraq aşıb.
Hadisə yerinə təcili yardım, xilasetmə və patrul polis qrupları cəlb edilib.
Qəza nəticəsində xəsarət alanlar var və onlar ən yaxın tibb müəssisəsinə aparılıb.
