24 
Sen
2021
13:30
1369

Gürcüstanda nə vaxta kimi soyuq hava şəraiti davam edəcək?

Sentyabrın 24 -də Gürcüstanda nisbətən soyuq və yağışlı hava şəraiti davam edəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Aran bölgələrində havanın temperaturu +13, +18 dərəcə olacaq.

Sentyabrın 25-26-da temperatur +17, +22 dərəcəyə qədər yüksələcək və arabir yağış yağacaq.

Sinoptiklər 27 sentyabrda havanın açılacağını proqnozlaşdırırlar. Onların sözlərinə görə, ölkədə temperatur +20, +25 dərəcəyə qədər artacaq.

Sentyabrın 24 -də Tbilisidə buludlu və yağışlı olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu 15, +17 dərəcə olacaq, sentyabrın 25-27-də hava nisbətən açılacaq və +21, +23 dərəcəyə qədər istiləşəcək.

Bizimlə əlaqə saxlayın