24 
Sen
2021
10:16
310

İrakli Ğaribaşvili Yunanıstanın Baş naziri ilə görüşüb

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşüb.

InterPress.ge xəbər verir ki, görüş BMT Baş Assambleyası çərçivəsində Nyu Yorkda keçirilib.

Görüşdə, Gürcüstan və Yunanıstan arasında uzun tarixi və mədəni əlaqələrin ortaq Avropa dəyərlərinə, demokratiya, azadlıq və beynəlxalq hüququn təməl prinsiplərinə hörmətə söykəndiyi qeyd edilib.

İrakli Ğaribaşvili Yunanıstan Baş nazirinə Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini, həmçinin ölkənin Avropa və Avroatlantik inteqrasiyasını dəstəklədiyinə görə təşəkkürünü bildirib. 

Görüşdə ikitərəfli ticarət -iqtisadi əlaqələrin dərinləşdirilməsinin vacibliyi müzakirə edilib. Turizmin inkişafının pandemiyadan sonrakı bərpa mərhələsində mühüm rol oynadığı qeyd edilib.

Baş nazir Gürcüstanın Avropa və Avroatlantik inteqrasiya prosesinə sadiqliyini bir daha vurğulayıb və yaxın Şərq Tərəfdaşlığı Sammiti də daxil olmaqla, Əlaqəli tərəfdaşların əldə etdiyi irəliləyişin düzgün qiymətləndirilməsinin böyük əhəmiyyət daşıdığını qeyd edib.

Görüş zamanı beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığa da toxunulub. 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər