23 
Sen
2021
21:40
869

Baş nazir İrakli Ğaribaşvili çağırış etdi

"Əhalimiz ölkəmizin dəyərlərinə uyğun bir seçki kampaniyasına layiqdir və görünür ki, millətimiz demokratiya ideyasına sadiqdir".

InterPress.ge xəbər verir ki,  bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili sosial şəbəkədə yazıb.

“Yerli özünüidarəetmə seçkiləri yaxınlaşdıqca, ölkədə duyğuların artdığını görürük. Açıq şəkildə bildirmək istəyirəm: şiddət və ya təhdid heç bir şəxs, qrup və ya partiya tərəfindən qəbuledilməzdir.

Daha əvvəl də istənilən zorakılığı qınadığımı söyləmişəm. Gürcü xalqı sülh, sabitlik və firavanlıq istəyir. Əhalimiz, ölkəmizin dəyərlərinə uyğun bir seçki kampaniyasına layiqdir və görünür ki, millətimiz demokratiya ideyasına sadiqdir.

Bütün siyasi partiyaları, onların fəallarını və tərəfdarlarını, xüsusilə də radikal müxalifət üzvlərini, şiddətə və vəziyyətin gərginləşməsinə səbəb ola biləcək hər hansı təxribatçı hərəkətlərdən çəkinməyə çağırıram. Seçki gününü gözləyək və oktyabrın 2 -də, seçki məntəqələrində, demokratik bir mühitdə, hər bir vətəndaş öz seçimini edəcək ki, ölkəmiz sabit inkişaf etməyə davam etsin", - İrakli Ğaribaşvili Facebook-da yazıb.

Bizimlə əlaqə saxlayın