Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idi
TVCANLI

Aİ Şurası Gürcüstan və Ukraynaya maliyyə yardımını təsdiqlədi

1,200
Aİ Şurası Gürcüstan və Ukraynaya maliyyə yardımını təsdiqlədi
Dinləmək üçün basın

Avropa İttifaqı Şurası tərəfdaş ölkələrinin koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə 3 milyard avro məbləğində kredit yardımının ayrılmasını təsdiqləyib.

Avropa İttifaqı Şurası tərəfdaş ölkələrinin koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə 3 milyard avro məbləğində kredit yardımının ayrılmasını təsdiqləyib.

InterPress.ge xəbər verir ki, bu barədə AB Şurası tərəfindən verilən açıqlamada bildirilir. Dəstək proqramı Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir.

Maliyyə yardımı çox güzəştli şərtlərlə kredit şəklində veriləcək. Vəsait 12 ay və iki tranşla ödəniləcək, kreditin maksimal qaytarılma müddəti 15 ildir.

Təsdiq ediləcəyi təqdirdə Ukrayna - 1,2 milyard avro, Tunis - 600 milyon avro, Bosniya və Herseqovina - 250 milyon avro, İordaniya - 200 milyon avro, Albaniya - 180 milyon avro, Şimali Makedoniya - 160 milyon avro, Gürcüstan - 150 milyon avro, Moldova və Kosovo - hər biri 100 milyon avro, Monteneqro - 60 milyon avro maliyyə vəsaiti alacaq.

Qeyd edək ki, Aİ tərəfdaş ölkələrə mövcud xarici fəaliyyət resurslarından 15,6 milyard avrodan çox maliyyə vəsaiti ayırmağı nəzərdə tutur. Ümumi paketin 3,25 milyard avrodan ibarət hissəsi Afrika ölkələrinə, 1,19 milyard avro təşkil edən hissəsi isə Şimali Afrika qonşuluq ölkələrinə yönəldiləcək.

Aİ bütöv qonşuluq regionu üçün cəmi 3,07 milyard avro ayırır və bunun 2,1 milyard avro həcmində hissəsi cənub, 962 milyon avro hissəsi şərqi tərəfdaş ölkələri, 800 milyon avrodan çox hissəsi isə Qərbi Balkan dövlətləri və Türkiyə üçün nəzərdə tutulub.

Ümumi paketə Avropa Dayanıqlı İnkişaf Fondunun Afrika və qonşuluq regionu üçün nəzərdə tutulmuş 1,42 milyard avro həcmində zəmanətləri də daxildir.

Aİ Asiya və Sakit okeanı hövzəsi ölkələrinə 1,22 milyard avro maliyyə dəstəyi təmin edəcək. Afrika, Karib dənizi hövzəsi və Sakit okeanı regionu üçün 291 milyon avro, Latın Amerikası və Karib dənizi hövzəsində yerləşən ölkələrə 918 milyon avro, xarici ölkələr və ərazilərə isə 111milyon avro həcmində maliyyə yardımı ayrılıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırSon xəbərlərə bax →