23 
Sen
2021
11:43
420

Polis külli miqdarda narkotik ələ keçirdi - bir nəfər saxlanıldı

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Köhnə Tbilisi Baş Bölməsinin əməkdaşları, aparılan axtarış və istintaq tədbirləri nəticəsində 1981 -ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş və hazırda şərti sınaqda olan M.P.-ni Tbilisidə saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

O, xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz olaraq alınması və saxlanmasında ittiham olunur.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, saxlanılan şəxsin şəxsi və yaşayış evinə baxış zamanı polis sübut kimi 164 qram heroin və 83 qram amfetamin tərkibli narkotik maddə götürüb.

Gürcüstan Cinayət Məcəlləsinin 260 -cı maddəsinin 3 -cü hissəsinin "d" və "e" yarımbəndləri,  eyni maddənin  6 -cı hissəsinin "a" yarımbəndinə əsasən istintaq davam edir ki, bu da keçmişdə eyni maddə ilə cinayət törətmiş şəxsin xüsusilə külli miqdarda narkotik maddələri təkrar qanunsuz olaraq alması və saxlamasını nəzərdə tutulur.

Cinayətdə 8 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın