Oktyabrın 1 -dək Gürcüstanın bütün ərazisində temperaturun enəcəyi gözlənilir.
InterPress.ge xəbər verir ki, Şərqi Gürcüstanda, sentyabrın 23 -dən oktyabrın 1 -dək günün müxtəlif vaxtlarında yağış gözlənilir, temperatur aşağı enəcək və +17 ilə +23 dərəcə arasında dəyişəcək.
Sinoptiklər Qərbi Gürcüstanda da yağış yağacağını və temperaturun enəcəyini proqnozlaşdırırlar. Oktyabrın 1 -dən etibarən əsasən yağış yağacağı, havanın temperaturunun +17 ilə +21 dərəcə arasında olacağı gözlənilir.
Yüksək dağlıq ərazilərdə havanın temperaturu + 5 ilə +14 dərəcə arasında olacaq. Mestiada qar fırtınası gözlənilir.
