Mixail Saakaşvili gənclərə müraciət etdi
"Mən sizi heç nəyə çağırmıram, sadəcə fikirləşin ki, Gürcüstana qürur və bənzərsizliyini siz qaytarmalısınız".
InterPress.ge xəbər verir ki, Mixail Saakaşvili Facebook-da video paylaşaraq gənclərə müraciət edib.
"Dünən və bu gün Senata gedirəm, senatorlarla, Konqres üzvləri ilə, ekspertlərlə görüşürəm və çoxları mənə deyir ki, biz Gürcüstan haqqında danışmaqdan yorulduq, artıq burada Gürcüstandan yorulmuşluq var... Onilliklər ərzində buraya gəlib-getmişəm, hər kəs ən güclü olduğumuzu, ən bənzərsiz olduğumuzu deyirdi.
Gəlin bu siyasətçiləri bir yana qoyaq, məni bir şey maraqlandırır - ölkəmizin qüruruna sahib olmaq istəyirikmi? Güclü bir ölkənin vətəndaşı olmaq istəyirsinizmi? Bunun üçün siyasətçilərə deyil, Saakaşviliyə deyil, ölkəmizə kömək etməliyik.
Ölkənin indi köməyinizə ehtiyacı var, indi sizin sıranızdır, çünki çox güclüsünüz, istedadlısınız. Gürcüstan üçün və öz azadlığınız üçün mübarizə aparmalısınız. Sizə ağıl öyrətməyə hazırlaşmıram, çünki hər şeyi məndən də yaxşı bilirsiniz. Sadəcə fikirləşin ki, Gürcüstana qürur və bənzərsizliyini siz qaytarmalısınız", - Saakaşvili bəyan edib.


