23 
Sen
2021
10:45
535

Gürcüstanda koronavirusla bağlı son vəziyyət açıqlandı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 1 653 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb. 

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 602 065 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 2 646 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 570 443 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 47 nəfər ölüb və ölənlərin ümumi sayı 8 711 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın