23 
Sen
2021
10:43
1508

Gürcüstana qar yağa bilər - Hava proqnozu açıqlandı

23-24 sentyabr tarixlərində Gürcüstanda vaxtaşırı yağış, şimşək, dolu, güclü külək, dənizdə 2-3 bal gücündə fırtına gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Sentyabrın 24 -də havanın temperaturu xeyli aşağı düşəcək, yüksək dağlıq ərazilərdə qar müşahidə oluna bilər.

"Gözlənilən güclü yağışlar Gürcüstan çaylarında suyun səviyyəsini əhəmiyyətli dərəcədə artıra və ölkənin dağlıq ərazilərində sürüşmə prosesinin yaranmasına-aktivləşməsinə səbəb ola bilər", - Milli Ətraf Mühit Agentliyinin məlumatında deyilir.

Bizimlə əlaqə saxlayın