23 
Sen
2021
10:36
272

Batumidə yüzdən çox evi su basdı

Batumidə ikinci gündür ki, təbii fəlakətlə mübarizə aparılır. 

InterPress.ge xəbər verir ki, iki gündür aramsız yağan yağışlar səbəbindən yüzdən çox evi su basıb, ev əşyaları məhv olub və ticarət obyektlərinə ziyan dəyib.

10 ailə evlərindən çıxarılıb. Güclü yağışlar 20 yerdə müxtəlif növ sürüşmələrə səbəb olub.

"Hər şeyə ziyan dəydi, hər il belə olur, hər yağış yağanda evi su basacağından qorxuram və hər il belə əziyyət çəkirəm. Hər şey xarab oldu, heç bir şey yaramır. Keçən il yalnız 300 lari yardım etdilər, bu pul yalnız dezinfeksiya etmək üçün "xlor" almağa yetdi", - zərərçəkmiş Naziko Varşanidze deyib.

Yerli sakinlər deyiblər ki, selin səbəbi hökumətin son 9 il ərzində həll edə bilmədiyi elementar infrastruktur problemidir.

Bizimlə əlaqə saxlayın