22 
Sen
2021
21:20
2364

Sürücülük vəsiqəsi almaq istəyənlərin nəzərinə...

Regional Departamentin Axalçixe Xidmətində praktiki imtahan sahəsinin texniki və infrastruktur cəhətdən təkmilləşdirilməsi planlaşdırılır, bu səbəbdən praktiki imtahan 23, 24, 25, 27 və 28 sentyabr tarixlərində dayandırılacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi məlumat yayıb.

"Bütün maraqlananlar, o cümlədən qeyd olunan tarixlərdə Axalçixe Xidmətində nəzəri sürücülük imtahanı üçün qeydiyyatdan keçənlər, nəzəri hissəni müvəffəqiyyətlə keçdikləri təqdirdə, Agentliyin hər hansı digər struktur bölməsində praktiki imtahandan keçə biləcəklər. Həmçinin 23, 24 və 25 sentyabrda Axalkalakidə praktiki imtahandan keçmək mümkün olacaq.

İmtahan infrastrukturunun təkmilləşdirilməsi layihəsi çərçivəsində, sentyabrın 29 -dan etibarən Axalçixe Xidmətində sürücülük vəsiqəsi almaq istəyənlər, "B" kateqoriyalı praktiki imtahanı, müasir GPS sistemi ilə təchiz edilmiş, yeni nəqliyyat vasitələri və yenilənmiş idman meydançasından keçəcəklər", - məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın