Kənan Ömərov seçkiqabağı kampaniya çərçivəsində əhali ilə görüşlərini davam etdirir - FOTO
Seçkiqabağı kampaniya çərçivəsində, „Gürcü Arzusu - Demokratik Gürcüstan“ın Marneuli merliyinə namizədi Kənan Ömərov, Qullar inzibati ərazi vahidinə daxil olan kəndlərin sakinləri ilə görüşüb.
InterPress.ge xəbər verir ki, görüşdə namizəd, yerli sakinlərin ehtiyaclarını dinləyib və gələcək planları müzakirə edib.
Görüşlərə - Marneuli və Qardabaninin majoritar deputatı Zaur Darğallı və „Gürcü Arzusu“ seçki qərargahının Marneuli üzrə rəhbəri Amiran Qiorqadze qatılıb.
„Yuxarı və Aşağı Qullarda - genişmiqyaslı su təchizatı işləri, məktəbin bərpası, yolların çəkilməsi və xarici işıqlandırmanın qurulması - sözügedən inzibati ərazi vahidində həyata keçirilən layihələrin kiçik bir siyahısıdır. Dəstəyinizə və etimadınıza görə hər birinizə təşəkkür etmək istəyirəm. Mən, hər bir Marneuli sakininin yanında olacağıma dair söz verirəm. Bu isə bütün mövcud layihələrin uğurla başa çatacağını və gələcəkdə yeni, genişmiqyaslı layihələr həyata keçirəcəyimizi təmin edəcək“ - deyə Kənan Ömərov bəyan edib.


