Enka şirkəti, Rioni dərəsindəki Namaxvani SES layihəsinə dair müqaviləni ləğv edib.
InterPress.ge xəbər verir ki, şirkət şərtlərə və fors-majora riayət edilməməsini səbəb olaraq göstərib.
"Enka" şirkəti hələlik bu barədə şərh verməyib, ancaq İqtisadiyyat Nazirliyindən bildirildiyinə görə, idarə məsələ ilə bağlı daha sonra açıqlama verəcək.
