Şalva Papuaşvili: "Seçkilərə 10 gün qalıb və bu 10 gün ərzində Milli Hərəkat bütün insani və mənəvi sərhədləri aşacaq"
"Seçkilər yaxınlaşdıqca Vahid Milli Hərəkat iğtişaşlar yaratmağa çalışır və bu məqsədlə hakim komandanın tərəfdarlarını məqsədli şəkildə təhrik edir".
InterPress.ge xəbər verir ki, bunu "Gürcü Arzusu"nun liderlərdindən Şalva Papuaşvili deyib.
Onun bugünkü brifinqdə izah etdiyinə görə, belə bir hadisə dünən Dmanisi rayonunun Qantiadi kəndində baş verib.
Şalva Papuaşvili Gürcü Arzusu tərəfdarlarını səbirli olmağa çağırıb.
"Dünən Dmanisi rayonunun Qantiadi kəndində baş verən insidentə cavab vermək istəyirəm. Zorakılığın heç bir düzgün yanı yoxdur. Bütün cinayətkarlar qanun çərçivəsində cəzalandırılacaqlar. Eyni zamanda, "Milli Hərəkat" ın təbliğat aparmaq əvəzinə, 2020 -ci il parlament seçkiləri öncəsindəki kimi iğtişaşlar yaratmağa çalışdığı barədə ictimaiyyəti xəbərdar edirdik. Bu məqsədlə son günlərdə tərəfdarlarımızı qəsdən təhrik etdilər. Xelvaçauridə bu cür iki təxribatın qarşısını almağı bacara bildik, "Milli Hərəkat"ın bələdiyyə merliyinə namizədi kiçik bir uşaq ilə namizədimizin seçkiqabağı görüşünə getdi və görüşü pozmağa çalışdı.
Təəssüf ki, dünən Dmanisidə baş verən təxribatın qarşısını ala bilmədik. Tərəfdarlarımızı bir daha çağırırıq ki, seçkilərə 10 gün qalıb və bu 10 gün ərzində "Milli Hərəkat" bütün insani və mənəvi sərhədləri aşacaq. Səbir çətindir, amma bu xalqımız və ölkəmiz qarşıısndakı öhdəliyimizdir. Oktyabrın 2 -də bütün bunlar bizim və ölkəmizin qələbəsi ilə başa çatacaq", - deyib Papuaşvili.


