“WTI” neftinin fyuçerslərinin qiyməti aprelin doqquzundan bu yana ilk dəfə 25 ABŞ dollarınadək yüksəlib.
InterPress.ge “RBK”a istinadən xəbər verir ki, 00:39-da baş tutan hərracların nəticələrinə əsasən, bu markalı neftin bir barrelinin qiyməti 23% yüksələrək 25,08 ABŞ dolları təşkil edib.
“Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti isə saat 00:49-də baş tutan hərraclarda 17,09% yüksələrək 32,06 ABŞ dolları təşkil edib.
.jpg)