22 
Sen
2021
12:22
374

MSK sədri: "Seçki öncəsi proses bərabər və sakit şəraitdə davam edir"

"Seçki öncəsi proses bərabər və sakit şəraitdə davam edir".

InterPress.ge xəbər verir ki, bunu MSK sədri Qiorqi Kalandarişvili dünən Dmanisidə baş verən hadisələr cavab verərkən deyib.

Kalandarişvilinin sözlərinə görə, seçki idarəsinin məsuliyyəti yalnız seçkiləri idarə etməkdir. 

"Bizim məsuliyyətimiz seçkiləri idarə etmək və 2 oktyabrda seçicilərə və ictimaiyyətə təhlükəsiz bir mühitdə öz iradələrini ifadə edə bilmələri üçün təhlükəsiz bir seçki mühiti təqdim etməkdir. Bu, seçki idarəsinin bir nömrəli prioritetidir. Bütün bunlara pandemiya və  mövcud olan digər çətinliklər əlavə olunur. Seçki idarəsi seçkilərin yüksək standartlara uyğun keçməsi üçün hər şey edir. Seçki prosesi, seçki idarəsinin səlahiyyətləri daxilində həyata keçirilən hərəkətlərlə tamamilə dinc və bərabər şəraitdə davam edir. Bərabərlikdə, seçicilər üçün bərabər şəraiti təmin edən şərtlər nəzərdə tutulur və rəhbərlik bunun üçün hər şeyi edir", - deyib Kalandarişvili.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər