İrakli Ğaribaşvili: "Rəcəb Tayyib Ərdoğanla ikitərəfli və regional əməkdaşlıq məsələləri üzrə səmərəli danışıqlar keçirdik"
"Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli və regional əməkdaşlıq məsələləri üzrə səmərəli danışıqlar keçirdik".
InterPress.ge xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili "Twitter" sosial şəbəkəsində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünə münasibət bildirib.
Baş nazir görüşdə Gürcüstan və Türkiyə arasında regional sülh və sabitlik baxımından strateji tərəfdaşlığın dərinləşdirilməsi perspektivlərinin müzakirə edildiyini vurğulayıb.
"Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli və regional əməkdaşlıq məsələləri üzrə səmərəli danışıqlar keçirdik. Regional sülh və sabitlik şəraitində Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə etdik", - Baş nazir bildirib.


