Bu şəxslərə özünüməşğulluğun təşviqi üçün qrantlar veriləcək
Qaçqınlar, Eko-Miqrantlar və Yaşam Mənbələri İlə Təmin Etmə Agentliyi məcburi köçkünlərin özünüməşğulluğunu təşviq etmək üçün onları alət və avadanlıqlarla təmin edəcək.
InterPress.ge xəbər verir ki, qrant proqramında iştirak etmək istəyənlər peşə təhsili sənədlərini təqdim etməlidirlər.
Məcburi köçkünlər və eko-miqrantlar fəaliyyətlərinə başlamaq və ya genişləndirmək üçün 2000 lari dəyərində olan vasitələri özləri seçəcəklər. Bu mərhələdə proqram çərçivəsində 50 məcburi köçkün maliyyələşdiriləcək.
Ərizələr Qaçqınlar, Eko-Miqrantlar və Yaşam Mənbələri İlə Təmin Etmə Agentliyi və onun ərazi bölmələrinin aşağıdakı ünvanlarında qəbul ediləcək:
Tbilisi, Tamaraşvili küç. N15a;
Qori, Sameba küç. N1;
Rustavi, Kostava küç. N20;
Kutaisi, Abaşidze Pr. N27;
Zuqdidi, Ağmaşenebeli küç. N106.
Ərizə Agentliyin rəsmi elektron poçtuna - [email protected]ə də göndərilə bilər.
Qrant proqramında iştirak etmək istəyənlər 20 oktyabr tarixinə qədər ərizə doldura biləcəklər.


