05 
May
2020
23:53
984

Ramazan ayının 12-ci gününün imsak, iftar duası və vaxtları

May ayının 6-sı Ramazan ayının 12-ci günüdür.

Ramazan təqviminə əsasən, mayın 6-da imsak Tbilisi vaxtı ilə saat 04:01-də, iftar vaxtı isə 20:22-dədir.

12-ci günün imsak vaxtının duasını təqdim edirik:

Duanın oxunuşu: “Allahummə zəyyinni fihi bis-sətri vəl-əfaf. Vəsturni fihi bilibasil-qünui vəl-kəfaf. Vəhmilni fihi ələl-ədli vəl-insaf. Və amilni fihi min kulli ma əxaf. Bi-ismətikə ya ismətəl-xaifin”.

Tərcüməsi: “İlahi, bu gün günahlarımı gizlətmək və iffət bağışlamaqla məni zinətləndir. Bu gün mənə qənaət və kifayətcillik libasını geyindir. Məni bu gün ədalət və insafa vadar et. Bu gün məni bütün qorxduğum şeylərdən amanda saxla. İsmətinə and verirəm, ey qorxu içində olanların mühafizəçisi!”

İftar duası:

Duanın oxunuşu: “Allahummə la təxzulni fihi li-təərrüzi mə-siyətik. Və la təzribni bisiyati nəqimətik. Və zəhzihni fihi min mucibati səxətik. Bimənnikə və əyadikə ya muntəha rəğbətir-rağibin!”

Tərcüməsi: “İlahi, bu gün sənə qarşı etdiyim günahlara görə məni rüsvay etmə. Məni intiqam taziyanələrinlə vurma. Bu gün sənin qəzəbinə səbəb olan işlərdən məni uzaq et. Bəxşiş və nemətlərinə and verirəm, ey şövqlü şəxslərin arzusunun müntəhası!”

Allah orucunuzu qəbul etsin!

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər