22 
Sen
2021
10:24
421

Dmanisidə VMH tərəfdarlarını yaraladığı üçün bir nəfər saxlanıldı

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin əməkdaşları, əməliyyat -axtarış və istintaq tədbirləri nəticəsində, sağlamlığa qəsdən ağır xəsarət yetirmək ittihamı ilə Dmanisidə bir nəfəri - 1993-cü il təvəllüdlü D.D.-nı saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi bəyanat yayıb.

"İstintaq müəyyən etdi ki, 1976-cı il təvəllüdlü D.D. 21 sentyabrda Dmanisi Bələdiyyəsinin Qantiadi kəndində keçirilən seçkiqabağı görüşdə sözlü və fiziki qarşıdurma zamanı "Vahid Milli Hərəkat" partiyası tərəfdarlarını: 1976-cı il təvəllüdlü M.O. və 1983-cü il təvəllüdlü Ş.S.-nı bıçaqdan istifadə edərək yaralamışdır. Yaralılar xəstəxanaya yerləşdirilmişdir və müvafiq tibbi yardım alırlar.

Polis şübhəlini hadisədən bir neçə saat sonra Dmanisi bələdiyyəsində saxladı.

Qantiadi kəndində fiziki qarşıdurma zamanı davaya qarışan digər şəxslər də müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Hadisədə iştirak edən bütün şəxslərin müəyyən edilməsi və müvafiq hüquqi məsuliyyətin verilməsi üçün istintaq və əməliyyat tədbirləri intensiv rejimdə aparılır.

Sağlamlığa qəsdən ciddi ziyan vurma və dəstə zorakılığı faktı Gürcüstan Cinayət Məcəlləsinin 117 -ci maddəsi və 126 -cı maddənin 1 -ci prima hissəsinin "b" yarımbəndi ilə araşdırılır.

Cinayət 3 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutur", - Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

Bizimlə əlaqə saxlayın