21 
Sen
2021
22:53
511

Dmanisidə insidentin baş verdiyi yerdə araşdırma aparılır

Bu gün iki nəfərin yaralandığı Dmanisi Bələdiyyəsinin Qantiadi kəndində istintaq tədbirləri davam etdirilir.

InterPress.ge xəbər verir ki, ekspert-kriminalistlər hadisə yerindədirlər.

Dmanisidə qarşıdurmada yaralanan iki nəfərin həyatı üçün təhlükə yoxdur.  Onlar müalicələrini Tbilisidə davam etdirirlər.

VMH-ın merliyə namizədi Qiorqi Tatuaşvilinin sözlərinə görə, Qantiadi kəndində seçkiqabağı görüş keçirirdi, bu zaman "Gürcü Arzusu"nun üzvləri oraya gediblər və tərəfdarlarına hücum ediblər. Tatuaşvili, Qantiadi majoritar namizədinin oğlu, Davit Datuaşvilini zorakılıqda günahlandırır.  Tatuaşvili istintaqa etibar etmədiyini və partiya üzvlərinin istintaqa qatılmadığını bildirib.

"Gürcü Arzusu" partiyası hadisənin "Vahid Milli Hərəkat"ın üzvləri tərəfindən provokasiya edildiyini bildirib. Qantiadi majoritar namizədi onlarla dalaşmadıqlarını və fiziki zorakılığa məruz qaldıqları üçün zərərçəkənlərin özlərinin olduğunu söyləyiblər. Oğluna qarşı irəli sürülən iddialara gəlincə, Mixeil Datuaşvili hadisə zamanı oğlunun orada olmadığını söyləyib.

Hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyi hələ heç kimi saxlamayıb.

Bizimlə əlaqə saxlayın