Rustavidə "Milli Hərəkat"ın tərəfdarı döyüldü
Rustavi şəhərində "Milli Hərəkat"ın tərəfdarı olan Vano Qvelesiani evinin yaxınlığında hücuma məruz qalıb və döyülüb.
InterPress.ge xəbər verir ki, zərərçəkən Rustavi klinikasına aparılıb.
Ailə üzvlərinin sözlərinə görə, naməlum şəxslərin hücumu siyasi motivli olub. Hücum edən şəxslər maska taxdıqlarına görə zərərçəkən onları tanıya bilməyib. Ailənin qohumu Qiorqi Burcanadzenin dediyinə görə, bir neçə gün əvvəl Vano Qvelesiani siyasi fəaliyyəti ilə bağlı şifahi xəbərdarlıq alıb, əks halda fiziki hücumla hədələnib.
"Gecə yarısı idi, saat birin yarısı idi. Girişdə naməlum bir adam siqaret istədi, əlini cibinə atdı və əlini cibindən belə çıxara bilmədi, naməlum şəxs üzünə bir neçə zərbə endirdi və sonra gizləndi. Əvvəlki günlərdə Vanoya siyasi fəaliyyəti ilə bağlı xəbərdarlıq edildi, əks halda fiziki zorakılığa məruz qalacaqdı", - Qiorqi Burcanadze deyib.
Həkimin dediyinə görə, xəstə üz nahiyəsindən xəsarət alıb və beyin sarsıntısı təsdiqlənib. O, bir neçə gün klinikada qalmalı olacaq.


