21 
Sen
2021
14:46
2391

Gürcüstanda avtomobillərlə bağlı yeni qayda planlaşdırılır

Hökumət, emissiyası müəyyən edilmiş normaları aşan avtomobil sahiblərinə məsuliyyəti sərtləşdirməyi planlaşdırır. 

InterPress.ge xəbər verir ki, bu barədə hökumətin qanunverici fəaliyyətinin qısamüddətli planında qeyd olunub və bu, artıq 2021-ci il Parlament sessiyasına göndərilib.

Sənədə əsasən, "Gürcüstanın İnzibati Xətalar Məcəlləsi" nə dəyişiklik planlaşdırılır və emissiyası müəyyən edilmiş normaları aşan nəqliyyat vasitələrinin istismarına görə məsuliyyəti sərtləşdirmək məqsədi daşıyır.

Bizimlə əlaqə saxlayın