21 
Sen
2021
12:44
1699

Marneulidə gənc oğlanın qətlə yetirilməsi ilə bağlı üç nəfər saxlanıldı

Polis Marneulidə qəsdən adam öldürmə faktı ilə əlaqədar 3 nəfəri saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər  Nazirliyi məlumat yayır.

Məlumata görə, Marneulidə iki nəfər 28 yaşlı gəncin əllərini bağlayıb və suvarma kanalına atıb. Onların dostu hadisənin şahidi olub, ancaq bu barədə polisə məlumat verməyib. Hadisə 18 sentyabrda baş verib.

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin əməkdaşları, əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində, Marneuli bələdiyyəsində qəsdən adam öldürmə faktı ilə əlaqədar olaraq əvvəllər məhkum olmuş 1992 -ci il təvəllüdlü O.T., 1986 -cı il təvəllüdlü O.Q., və keçmişdə məhkum olunmuş, 1981 -ci il təvəllüdlü S.A.-nı saxlayıblar.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, O.T. və O.Q. əvvəlcədən razılaşaraq qrup tərəfindən qanunsuz olaraq azadlıqdan məhrum etmə və ağırlaşdırılmış şəraitdə qrup tərəfindən qəsdən adam öldürmədə ittiham olunurlar, S.A. isə xüsusilə ağır cinayət barədə polisi məlumatlandırmamaq səbəbi ilə saxlanılıb.

O.T. və O.Q. tərəfindən törədilən cinayət 7 ildən 17 ilədək, S.A. tərəfindən törədilən cinayət 3 ildən 7 ilədək həbs cəzası ilə cəzalandırılır.

İstintaq nəticəsində məlum olub ki, O.T və O.Q. bu il sentyabrın 18 -də Marneuli bələdiyyəsində qisas məqsədi ilə tanışı - 1993-cü il təvəllüdlü C.A.-ya şiddət göstərərək qanunsuz olaraq azadlıqdan məhrum ediblər və əl-ayağını bağlayıblar. Daha sonra təqsirləndirilən şəxslər əl-ayağı bağlanmış C.A.-nı O.Q.-nın idarəsi altında olan avtomobillə Marneuli bələdiyyəsinin kəndlərindən birinə aparıblar və ağır bir cism bağlayaraq suvarma kanalına atıblar, daha sonra isə gənc oğlan ölüb.

İstintaq nəticəsində məlum olub ki, S.A. dostları O.T. və O.Q. -nin törətdikləri əməllərə şahid olub, ancaq ağır cinayətə görə polisə məlumat verməyib. 

Faktla bağlı aparılan istintaq və axtarış tədbirləri nəticəsində hüquq -mühafizə orqanlarının əməkdaşları Marneulidə təqsirləndirilən hər üç şəxsi saxlayıblar.

Əvvəlcədən razılaşaraq qrup tərəfindən qanunsuz olaraq azadlıqdan məhrum etmə, ağırlaşdırılmış şəraitdə qrup halında qəsdən adam öldürmə və xüsusilə ağır cinayət barədə polisi məlumatlandırmamaq faktları üzrə istintaq, Gürcüstan Cinayət Məcəlləsinin 143 -cü maddəsinin 3 -cü hissəsinin "a" yarımbəndi, 109 -cu maddənin 2 -ci hissəsində "e" yarımbəndi və 376 -cı maddənin 2 -ci hissəsi ilə davam etdirilir.

Bizimlə əlaqə saxlayın