Marneulidə Vahid Milli Hərəkat partiyasından iki nəfər ayrıldı
Vahid Milli Hərəkat partiyasının Marneuli üzrə majoritar namizədi və proporsiyonal siyahısının üzvü olan iki nəfər partiyanı tərk edib.
InterPress.ge xəbər verir ki, partiyadan ayrılanlar Qullar və Kürtlər ərazi vahidliyinin majoritar və siyahıda 13-cü yerdə olan Qəşəm Qarayev və proporsiyonal siyahıda 23-cü yerində olan Mirzadə Nəbiyev-dir.
Mirzadə Nəbiyev siyahıdan ayrılmasına səbəb olaraq ona qarşı haqsızlıq olduğunu bildirib. O, bildirilir ki, illərdir partiyada aktiv fəaliyyət göstərməyinə baxmayaraq onu ən arxa sıralara yazıblar, ancaq partiyaya yeni qatılanları ön sıralara yazıblar.
Qəşəm Qarayev isə partiyadan ayrılmasına səbəb olaraq seçkidə iştirak etməmək istədiyini və heç bir partiyaya keçməyəcəyini bildirir.


