21 
Sen
2021
10:45
2111

Marneulidə gənc oğlanın cəsədi tapıldı

Dmanisinin Kirovisi (İpnari) kənd sakini 28 yaşlı Cavid Əliyev üç gündür ki, axtarışda olub.

InterPress.ge xəbər verir ki, axtarışda olan gəncin cəsədi gecə saatlarında Marneulidə  Algeti çayının yaxınlığında tapılıb.

Onun nəyə görə öldüyü və ya nəyə görə öldürüldüyü haqda hazırda məlumat yoxdu.

Məlumata görə, gənc oğlan Marneuli-Dmanisi üzrə ictimai nəqliyyat sürücüsü işləyib.

Hazırda mərhumun cəsədi ekspertizaya aparılıb, faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın