Gürcüstanda daha 17 nəfər koronavirusdan müalicə olunaraq sağalıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Belə ki, ölkəmizdə COVID-19 infeksiyasından sağalanların ümumi sayı 240-a çatıb.
Məlumata görə, ölkədə karantində 4887, stasionar nəzarətdə isə 500 nəfər saxlanılır.
Qeyd edək ki, bu günə qədər Gürcüstanda COVID-19 infeksiyasına 604 nəfər yoluxub, onlardan 9 nəfər dünyasını dəyişib.
.jpg)