18 
Sen
2021
23:00
835

Dmanisidə vətəndaş VMH-ın üzvünü fırıldaqçılıqda günahlandırır

Dmanisidə vətəndaş VMH-ın üzvü Vladim Orçuyevi fırıldaqçılıqda günahlandırır və məhkəməyə şikayət edir.

InterPress.ge xəbər verir ki, bu barədə yerli sakinlərdən Elman Kalov Pos TV-yə danışıb.

Elman Kalovun sözlərinə görə, Orçuyev krediti özü ödəyəcəyini vəd edərək vətəndaşa bankdan pul götürdüb, lakin sonradan Elman Kalov bilib ki, borcu özü ödəməlidir.

Orçuyev Dmanisi merinin əməkdaşıdır və Kalovun dediyinə görə, fırıldaqçı kürəyini Dmanisi şəhərinin meri, "Milli Hərəkat"ın üzvü Qiorqi Tatuaşviliyə bərkidir.

"Milli Hərəkat"ın üzvü olan Vladim Orçuyev qohumumdan maşın alıb pulun yarısını verdi və mənə dedi ki, yarısını daha sonra ödəyəcəyəm. Üç-dörd gündən sonra avtomobili öz adına rəsmiləşdirdi. Pulun qalan hissəsini istəyəndə, mənə verə bilməyəcəyini söylədi. Məndən bankdan pul götürüb ona verməyimi, faizini isə özünün ödəyəcəyini dedi. Pulu götürüb verdim, ancaq indi faizini ödəmir, bankda problem yaranmaması üçün inəyimi satıb ödədim. Mənə seçkidən sonra pulumu ödəyəcəyini dedi. Vəzifəsindən sui -istifadə edir, kürəyini şəhərin merinə bərkidir, o da ki, eyni zamanda "Milli Hərəkat"ın üzvüdür", - deyə Kalov bildirib.

Bizimlə əlaqə saxlayın