18 
Sen
2021
15:21
220

Polis Tbilisidə narkotik vasitələrin onlayn satışı ilə məşğul olan bir nəfəri saxladı

Polis Tbilisidə internetlə narkotik satma faktının qarşısını alıb, bir nəfər saxlanılıb, "Alpha PvP" narkotik vasitəsi ələ keçirilib.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Qldani-Nadzaladevi Baş Bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 1988-ci il təvəllüdlü, xarici ölkə vətəndaşı R.V. -nı narkotik cinayətinə görə saxladı.

İstintaq zamanı məlum oldu ki, təqsirləndirilən şəxs internetdə narkotik maddə satmaqla məşğul olub.  Xüsusilə qanunsuz olaraq aldığı "Alpha-PVP"  tərkibli narkotik maddəni daha sonra satış məqsədilə Nadzaladevi rayonunda müxtəlif yerlərə yerləşdirib və həmin yerlərin fotoşəkillərini qeydə alıb.

Təqsirləndirilən şəxsin şəxsi və müvəqqəti yaşayış yerində aparılan axtarış və xüsusilə istintaq eksperimenti zamanı hüquq -mühafizə orqanları,  R.V. tərəfindən satışa hazırlanan "Alpha Pvp" tərkibli yarım kilodan çox narkotik vasitəni sübut kimi götürdülər", - məlumatda qeyd olunub.

Qurumdan verilən məlumata görə, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260 -cı maddəsi ilə davam etdirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər