18 
Sen
2021
10:46
593

Gürcüstanda koronavirusun bu günə olan statistikası

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 1 997 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb. 

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 593 763 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 1 232 sağalma qeydə alınaraq ümumi sağalanların sayı  558 042 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 52 nəfər ölüb və ölənlərin ümumi sayı 8 498 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın