17 
Sen
2021
21:37
873

Əhməd İmamquliyev Eldəniz Keçəlovun partiyayı tərk etməsinə münasibət bildirdi

"Eldəniz Keçəlovun partiya siyahısını tərk etməsini yalnız və yalnız DTX-yə bağlamaq olar".

InterPress.ge xəbər verir ki, "Avropalı Gürcüstan" partiyasının Marneuli merliyinə namizədi Əhməd İmamquliyev, adı çəkilən partiyanın proporsional siyahısının üzvü Eldəniz Keçəlovun partiyayı tərk etməsinə münasibət bildirib.

Əhməd İmamquliyev Keçəlovun partiyayı tərk etməsinə səbəb olaraq DTX-nin hədə - qorxularını və ya təkliflərini səbəb göstərib.

"Eldəniz Keçəlovun partiya siyahısını tərk etməsini yalnız və yalnız DTX-yə bağlamaq olar, çünki DTX və onun agentlikləri bizim istər proporsional, istər də majoritar namizədlərimizə hər cür təkliflər, hədə-qorxular və işlə təmin etmək təklifləri edirlər. Mən belə başa düşürəm ki, Eldəniz Keçəlov bu basqılara və ya təkliflərə tab gətirə bilmədi və nəhayət öz qərarını verdi.

Eldəniz bəyin partiyadan ayrılması ilə bağlı deyə bilərəm ki, hər kəsin öz fikri var. Partiyayı tərk etmə səbəbinin həqiqətən öz istəyi ilə həyata keçməsini çox istəyərdik, ancaq bunun Eldəniz bəyin öz istəyiylə baş tutmamasından şübhələnirik və biz düşünürük ki, bu Eldəniz bəyin öz istəyi ilə olmayıb və hansısa bir hədə-qorxu və ya təklifin qarşılığıdır. Belə düşünürəm ki, əgər Eldəniz bəy siyahıda 35-ci yerdə olmaqdan narazı idisə, biz həmin gün görüş keçirdik və Eldəniz bəy də orada iştirak etdi, ancaq heç bir narazılıq bildirmədi. Artıq seçkiyə az bir müddət qalmasına baxmayaraq, Eldəniz bəy ərizə yazıb çıxırsa, demək ki, bu Dövlət Təhlükəsizlik Xidmətinin basqılarının nəticəsidir", - deyə İmamquliyev bəyan edib.

Bizimlə əlaqə saxlayın