17 
Sen
2021
10:48
666

Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 2 039 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb. 

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 591 766 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 2 192 sağalma qeydə alınaraq ümumi sağalanların sayı  556 810 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 56 nəfər ölüb və ölənlərin ümumi sayı 8 446 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın