Güclü yağış nəticəsində Kobuleti Bələdiyyəsinin kəndlərində evləri və əkin sahələrini su basıb.
InterPress.ge xəbər verir ki, Agağva çayı daşıb, bir neçə yerdə sürüşmə baş verib.
Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün Kobuleti Bələdiyyəsinin müvafiq xidmətləri və xilasetmə briqadaları oradadırlar.
Zərərin miqdarı hələlik müəyyən edilməyib.
