Köhnə və yeni Rustavini birləşdirən mərkəzi körpüdə avtomobil qəzası baş verib.
InterPress.ge xəbər verir ki, "Toyota" markalı avtomobil körpüdə xarici işıqlandırma dirəyinə çırpılıb.
Avtomobil qəzasında 2 gənc yaralanıb.
Yaralı qız və oğlan təcili yardım briqadası tərəfindən şəhərin Mərkəzi Xəstəxanasına çatdırılıb. Məlumata görə, onların həyatı təhlükə altında deyil.
Hadisə yerinə patrul polisi cəlb edilib.
.jpg)