16 
Sen
2021
19:47
997

Prokurorluq təcili bəyanat yaydı

Gürcüstan Prokurorluğu fövqəladə bəyanat yayıb.

InterPress.ge bəyanatı təqdim edir:

“Gürcüstan Prokurorluğu Tbilisidə törədilən ağır cinayətin videosunun mətbuat orqanlarından biri tərəfindən yayılması faktını qəti şəkildə qınayır.

Bu cür məzmunlu materialın yayılması ictimai maraqlara xidmət etmir, çünki bu cür hərəkətlər zorakılığı təşviq edir, zərərçəkənlərin hüquqlarını pozur və eyni zamanda istintaqın maraqlarına zərər verir.

Hər kəsi oxşar məzmunlu və xarakterli materialı yaymaqdan və təkrarlamaqdan çəkinməyə çağırırıq.

Gürcüstan Prokurorluğu ölən gəncin ailəsinə, yaxınlarına və dostlarına başsağlığı verir.

Daxili İşlər Nazirliyində cinayəti törədənlərin müəyyən edilməsi və saxlanılması üçün istintaq intensiv şəkildə davam etdirilir". 

Məlumat üçün bildirək ki, Verada baş verən qanlı davada öldürülən 22 yaşlı Nika Kvaraçxelia, Feedc platformasının qurucusudur.

O, dünən, 15 sentyabrda güllələnib və ağır vəziyyətdə Xeçinaşvili Klinikasına yerləşdirilib.  Təcili əməliyyat olunub, ancaq həkimlər onu xilas edə bilməyiblər və bu gün klinikada ölüb.

Məlum olub ki, Nika Kvaraçxeliaya hücum edən şəxs kirayədə qaldığı mənzilin qarşısında onu gözləyib, bina qarşısında baş verən qarşıdurmadan sonra Kvaraçxeliaya 8-9 güllə vurub və şəxsi avtomobili ilə Nikoladze küçəsindən qaçıb.

Kvaraçxelia qanuni oğrunun oğludur. Nikanın ölümünün atasının fəaliyyəti ilə əlaqəli olub-olmadığı hələlik bilinmir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər