05 
May
2020
00:08
908

Ramazan ayının 11-ci gününün imsak iftar duası və vaxtları

Ramazan təqviminə əsasən, mayın 5-də imsak Tbilisi vaxtı ilə saat 04:03-də, iftar vaxtı isə 20:21-dədir.

11-ci günün günün imsak vaxtının duasını təqdim edirik:

Duanın oxunuşu: “Bismillahir-Rahmanir-Rahim. Allahummə həbbib iləyyə fihil-ihsan. Və kərrih iləyyə fihil-fusuqə vəl-isyan. Və hərrim ələyyə fihis-səxətə vən-niyran. Bi-ovnikə ya ğiyasəl-mustəğisin”.

Tərcüməsi: “İlahi, bu gün ehsan etməyi mənə sevdir! Bu gün fisq və asilikdən məni ikrah etdir! Bu gün öz qəzəbini və cəhənnəm atəşini məndən uzaqlaşdır! Yardımına and verirəm, ey fəryad edənlərin dadına çatan!”

İftar duası:

Duanın oxunuşu: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli!”

Tərcüməsi: “İlahi, sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib yalnız Sənə təvəkkül edirəm.!”

Allah orucunuzu qəbul etsin!

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər