16 
Sen
2021
13:36
345

Kaladze: "Mixail Saakaşvili gülməli fiqura çevrildi və açıqlamaları həqiqətən maraqlı deyil"

"Mixail Saakaşvili gülməli fiqura çevrildi və açıqlamaları həqiqətən maraqlı deyil".

InterPress.ge xəbər verir ki, Tbilisi meri Kaxa Kaladze Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin bütün bank borclarının silinməsi və pensiyanın 1000 lariyə qədər artırılması müraciətini belə dəyərləndirib. 

Kaladzenin sözlərinə görə, onun öz planları var və həyata keçiriləcəyini əhaliyə vəd edir.

"Şəxsən mən hər görüşdə deyirəm və indi də təkrar edəcəyəm, konkret vədlər, konkret layihələrlə seçki kampaniyam var. Əhaliyə söz verirəm ki, qarşıdakı 4 ildə bu iddialı planı mütləq həyata keçirəcəyəm", - deyib Kaladze.

Məlumat üçün bildirək ki, Mixail Saakaşvili Facebook -da yayımlanan video müraciətində polisi "qanunsuz əmrləri" yerinə yetirməməyə çağırıb. Onun sözlərinə görə, bütün bank borcları silinməli və pensiya 1000 lari olmalıdır.

Eks-prezidentin qeyd etdiyinə görə, "Gürcü Arzusu"nun hakimiyyəti tezliklə başa çatacaq.

Bizimlə əlaqə saxlayın