16 
Sen
2021
13:25
537

Kaxa Kaladze "Mtavari Arxi"nin jurnalistinə: "İkinci mətəbədən deyil, damdan atdılar"

"İkinci mətəbədən deyil, damdan atdılar, qeyri-ciddi hərəkət edirsiniz. Oğlan arxaya gələrək çəkirdi, bir çox dəfə mənim iştirakım ilə operatorun arxaya gedərək çəkiliş apardığı olub. Aşağı atdıqlarına dair kadr varsa, göstərin. O qədər cəfəngiyyat danışırsınız ki, bir-birinizlə yarışırsınız".

InterPress.ge xəbər verir ki, bunu paytaxt meri Kaxa Kaladze "Mtavari Arxi"nin operatoru haqqında suala cavab olaraq deyib.

O bildirib ki, jurnalistlər də insan haqlarını qorumalıdır.

"Sənə çıx get, müsahibə verməyəcəm deyəndə, çıxmalısan və insan haqlarını qorumalısan. Əgər mən sizə müsahibə vermək istəmirəm desəm, onda siz dayanmalısınız. Mənə niyə zorakılıq etməlisiniz?  Zorakılığa haqq qazandırırsınız, bütün bu illər ərzində nifrət ifadələri ilə şiddətə çağırışları edirsiniz. Nifrət nitqi ilə nifrət və şiddəti qızışdıran ilk adamlarsınız. Bu ölkədə pis bir şey olursa, hər şeyin təməlini siz qoyursunuz", - Kaladze "Mtavari Arxi"nin jurnalistinə deyib.

Bizimlə əlaqə saxlayın