Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Təhsil Nazirliyi bəyanat yayır

886
 Təhsil Nazirliyi bəyanat yayır
Dinləmək üçün basın

Gürcüstanın Təhsil və Elm Nazirliyi Qali rayonundakı məktəblərdə gürcü dilində təhsilin qadağan edilməsi ilə bağlı yayılan məlumatlardan dolayı narahatlığını ifadə edib.

Gürcüstanın Təhsil və Elm Nazirliyi Qali rayonundakı məktəblərdə gürcü dilində təhsilin qadağan edilməsi ilə bağlı yayılan məlumatlardan dolayı narahatlığını ifadə edib.

InterPress.ge xəbər verir ki, bu barədə Təhsil Nazirliyi bəyanat yayır.

“Qali və Axalqori rayonlarında yaşayan əhalinin fundamental hüquqlarının, o cümlədən ana dilində təhsil alma hüququnun kobud şəkildə pozulması bizim üçün son dərəcə qəbuledilməzdir. Bu beynəlxalq hüququn əsas norma və prinsiplərinə ziddir.

Müvafiq qurumlar Qali rayonunda gürcü dilində təhsilin məhdudlaşdırılması və nəticədə uşaq hüquqlarının kobud şəkildə pozulması ilə bağlı artıq Cenevrə Beynəlxalq Danışıqlarının həmsədrləri və Gürcüstanda AB-nin Müşahidəçilik Missiyası da daxil olmaqla beynəlxalq tərəfdaşlarla əlaqə qururlar.

Gürcü tərəfi, işğal olunmuş bölgələrdə yaşayan əhalinin ana dilində təhsil alma, digər fundamental hüquqlar, o cümlədən uşaqların ən yaxşı maraqlarını qorumaq üçün bütün təsir vasitələrindən istifadə edəcək və səylərini əsirgəməyəcək”, - bəyanatda qeyd olunub.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →