Sentyabrın 15 -nə olan məlumata görə, Gürcüstanda ümumilikdə 1.561.228 peyvənd vurulub.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Xəstəliklərə Nəzarət Mərkəzinin məlumatında qeyd olunub.
Məlumata görə, 919 876 nəfərə ən azı 1 dozada peyvənd vurulub - yetkin əhalinin 32,2% -i. 641.352 nəfər tam peyvənd olunub - yetkin əhalinin 22.5%-i.
Son 24 saat ərzində 24.941 nəfər peyvənd edilib.
