İstilik fonunda sentyabrın 17-dək Gürcüstanın bəzi bölgələrində qısamüddətli yağış yağacağı və şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Güclü külək və dənizdə 2-3 bal gücündə fırtına ola bilər.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Gün ərzində havanın temperaturu Qərbi Gürcüstanın aran rayonlarında +22, +27, Şərqi Gürcüstanın aran rayonlarında +26, +31 dərəcə olacaq. Tbilisidə əsasən yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu +29, +31 dərəcə olacaq.
Gözlənilən güclü yağışlar Gürcüstan çaylarında suyun səviyyəsini xeyli artıra və ölkənin dağlıq ərazilərində sürüşmələrə səbəb ola bilər.
