Mayın 6-dək Gürcüstanda arabir yağış yağacağı, bəzi yerlərdə güclü olacağı, dolu və küləyin əsəcəyi gözlənilir.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Agentliyindən məlumat verilib.
Məlumata görə, mayın 6-dan mayın 7-dək günortadan sonra havanın kəskin pisləşəcəyi bildirilir. Dolu və külək gözlənilir.
"Dənizdə 3-4 ballıq qarışıqlıq gözlənilir. Gözlənilən leysan yağışları Gürcüstan çaylarında suyun səviyyəsini əhəmiyyətli dərəcədə artıra bilər, kiçik çaylarda daşqınlar və ölkənin dağlıq ərazilərində sürüşmələrə səbəb ola bilər. ", - Agentlikdən bildirilir.
