1 USD =
3.1141 GEL
1 EUR =
3.6628 GEL
1 TRY =
0.368 GEL
100 RUB =
4.2956 GEL
1 AZN =
1.8301 GEL
14 
Sen
2021
16:16
321

Kənan Ömərov seçkiqabağı kampaniya çərçivəsində əhali ilə görüşlərini davam etdirir - FOTO

"Gürcü Arzusu - Demokratik Gürcüstan"ın Marneuli merliyinə namizədi Kənan Ömərov, Alget və Kəpənəkçi inzibati ərazi vahidinin sakinləri ilə görüşüb. 

InterPress.ge xəbər verir ki, görüşdə namizəd, yerli sakinlərin ehtiyaclarını dinləyib. 

Görüşlərə Marneuli və Qardabaninin majoritar deputatı Zaur Darğallı və "Gürcü Arzusu" seçki qərargahının Marneuli üzrə rəhbəri Amiran Qiorqadze qatılıb.

"Munisipalitetimiz "Gürcü Arzusu"  hakimiyyətə gəldikdən sonra böyük irəliləyiş əldə etdi. Alget və Kəpənəkçi inzibati ərazi vahidlərinin kəndlərində bir sıra uğurlu infrastruktur layihələri həyata keçirildi. 

Komandamla birgə Marneulinin necə daha səmərəli, inkişaf etmiş və uğurlu ola biləcəyinə dair bir sıra fikirə sahibik. Bu istiqamətdə prioritetlərimdən biri - gənclərə dəstək olmaq, onların inkişafı, təhsili və işlə təmin edilməsinin qayğısına qalmaqdır. İnanıram ki, Marneulidə yaşayan hər bir gəncin gələcəkdə bütün sahələrdə uğur qazanmaq imkanı olacaq. Yerində işlə təmin edilib layiqli gəlirlərə sahib olacaqlar. Bunun üçün əhali ilə yaxından ünsiyyət qurmaq və fikirlərini bölüşmək lazımdır. Marneulinin sabahkı gününü yaratmaqda gənclərin birbaşa iştirakının əhəmiyyətini yaxşı anlayıram, buna görə də səmimiyyət mənim üçün prioritet olacaq", - deyə Kənan Ömərov bəyan edib.

Bizimlə əlaqə saxlayın